AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan yanğının söndürülməsində Azərbaycandan cəlb olunan təyyarələrin köməyindən danışdı - VİDEO

  • + A
  • - A
  • 31-07-2021, 21:03


    “Azərbaycanın köməyi ilə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb”.

    “Anadolu” Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.

    O, təyyarə ilə bağlı problemlərin əsas səbəbi kimi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsini göstərib.

    “Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb”, - deyə o əlavə edib.

    Türkiyə prezidenti təcrübə və ehtiyaclara uyğun olaraq meşə yanğın söndürmə donanmasını gücləndirməyə davam edəcəklərini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR