AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələdə meşə yanğınlarının söndürülməsi əməliyyatı davam edir

  • + A
  • - A
  • 2-09-2017, 12:32

    Qəbələdə meşə yanğınlarının söndürülməsi əməliyyatı davam edir














    Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata əsasən, yanğının söndürülməsi üçün nazirliyin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Eyni zamanda, nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

    Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR