AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vətən Müharibəsi Qəhrəmanı"nın büstünü hazırlanıb

  • + A
  • - A
  • 4-08-2021, 22:11

    "Vətən Müharibəsi Qəhrəmanı"nın büstünü hazırlanıb

    Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayev "Vətən Müharibəsi Qəhrəmanı"nın büstünü hazırlayıb

    Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış heykəltəraş İlqar Balayev bir sıra əsərlərin müəllifidir.
    Bu dəfə o, İkinci Qarabağ müharibəsi şəhidi Ramiz Cəfərovun büstünü hazırlayıb.
    Şəhidin büstü xatirə olaraq Masallı rayonunda yerləşən park ərazisində qoyulacaq.
    Şəhid Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeevka şəhərində anadan olub. Əslən Masallıdan olan Ramiz 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
    1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil bitirdikdən sonra vətənə geri dönüb. O, alman, ingilis və rus dillərini bilirdi.
    Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq, noyabrın 6-da şəhidlik zirvəsinə ucalmışdır.
    Qeyd edək ki, şəhid Ramiz Cəfərovun heykəlinin hazırlanması Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR