Azercell-in unikal mobil tətbiqinin yenilənmiş versiyası artıq bütün platformalarda mövcuddur.
Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən Azercell-in “Kabinetim” mobil əlavəsinin daha da təkmilləşdirilmiş versiyası artıq istifadə üçün mümkündür.
“Kabinetim”in yeni versiyasında təqdim edilən ən son təklifləri nəzərdən keçirmək üçün istifadəçilərin heç bir bölməyə keçid etməsinə ehtiyac yoxdur. Belə məlumatların “Kabinetim” hesabının ana səhifəsində əks olunması abunəçilərə xüsusi endirim və təkliflərdən dərhal yararlanmaq imkanını yaradır.
Tətbiqin yeni versiyasında, həmçinin, “push” bildirişlərlə bağlı istifadəçi təcrübəsi təkmilləşdirilib. Bununla da abunəçilər hətta tətbiq açıq olmasa belə, təqdim olunan yeniliklər, kampaniyalar və digər məlumatlara ani giriş imkanı qazanmış olurlar.
Abunəçilərin işini hədsiz dərəcədə asanlaşdıran “Kabinetim” həm iOS, həm də Android əməliyyat sistemlərində çalışır. Tətbiqi abunə haqqı olmadan App Store, PlayStore və Huawei AppGallery-dən pulsuz yükləmək mümkündür. “Kabinetim” avtomatik yenilənmədiyi təqdirdə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar. Həmçinin *110# kodunu yığmaqla da, tətbiqi yükləmək üçün birbaşa keçid linki əldə etmək mümkündür.
“Kabinetim”lə Azerсell-in IVI, Bookmate, NNTV, SberZvuk və BluTV tətbiqlərinə abunə olmaq, həmçinin onları dostlarınla paylaşıb bonus balans qazanmaq mümkündür. Qeyd edək ki, “Kabinetim” tətbiqini yalnız smartfon deyil, həm də rahatlıqla veb platformada işlətmək mümkündür. Proqramdan istifadə zamanı meqabaytlar xərclənmir. Tətbiqin funksiyalarından faydalanmaq üçün sadəcə Azercell nömrəsi qeydiyyatdan keçirilməlidir.
Azercell şirkəti abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni bəxş etmək məqsədilə “Kabinetim” tətbiqini daim inkişaf etdirəcək.