AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir üç mobil şirkətin dəhşətli özbaşınalığına “yaşıl işıq” yandırıb - İttihamlar

  • + A
  • - A
  • 2-06-2017, 10:58

    Nazir üç mobil şirkətin dəhşətli özbaşınalığına “yaşıl işıq” yandırıb - İttihamlar

















    “Bir neçə gün bundan əvvəl “WhatsApp”, “Skype” və “Viber”lə danışıqlardakı problemlə bağlı yazıya bir daha qayıtmaq istəyirəm. Bu problem mən bildiyimdən də dərin imiş. Ailəsinə bir parça çörək pulu qazanmaq üçün xaricə, xüsusən Rusiyaya gedənlərin onsuz da dözülməz olan problemlərinə yeni problem əlavə olub”.

    Bunu vəkil Aslan İsmayılov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bu günə qədər internet resursları hesabına acı həyatlarını ailə üzvləri ilə danışmaqla yüngülləşdirənlərin şərhlərini oxuduqca insan dəhşətə gəlir.

    Vəkil bildirib ki, işsizlikdən vətəndaşını didərgin sal, əlavə olaraq, dünyanın verdiyi texnoloji resurslarla, ailələri ilə pulsuz təmasdan da məhrum elə:

    “Bu lap vicdansızlıqdır. İş adamlarının internetin yararsız işləməsindən çəkdikləri əziyyətlər, sahibkarlığın məhv edilməsi, hələ vergi ödəyicilərinin saatlarla internetin zəif olduğundan monitorun açılmasını gözləməsini demirəm.

    Əgər yeni Rabitə və İnformasiya Texnologiyaları naziri Ramin Quluzadə bu yolla onsuz da, insanların ciblərinə girməklə varlanan Azercell, Bakcell, NarMobile-ın gəlirlərini artırmaq istəyirsə, bu lap dəhşətdir.

    Ona görə bu problemi statuslarla, nazirliyə ünvanlanmış şikayətlərlə daim gündəlikdə saxlamaq hər bir internet istifadəçisinin borcudur. Bu hala susduqca bütün ünsiyyət resurslarımızı əlimizdən alacaqlar”. Bu problemlərin olmasında daha çox mobil operatorlar maraqlıdırlar.

    Ulus.Az-ın verdiyi məlumata görə, internet üzərindən aparılan zəng-danışıqlar onların gəlirlərinə müəyyən qədər təsir edir. Amma bu problem provayder səviyyəsində də ola bilir.

    Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır.

    Hökumətin bu tip global resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, onların resurslarının burada yerləşdirilməsi istiqamətidə işlərin aparılması daha doğru addım olardı.

    Ölkənin aparıcı mobil operatorları barədə abunəçilərin şikayətləri səngimir. Hər üç mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə zaman-zaman məlumatlar yayılır.

    Şikayətlərdə qeyd olunur ki, müştərilərin istəyi nəzərə alınmadan abunəçilər müxtəlif pullu xidmətlərə abunə edilir, balansdan pul silirlər. Ümumiyyətlə, ölkədə mobil operatorlardan narazı olmayan vətəndaş tapmaq olmaz.

    Bəziləri “Azercell” mobil operatorunun danışıq tariflərinin həddindən artıq baha olmasından, lazım bildi, bilmədi istədiyi xidmətlərə qoşmasından şikayətlənir.

    Bəziləri isə “Nar” və “Bakcell” mobil operatorlarının şəbəkə problemindən gileylənir. Dəfələrlə edilən şikayətlərə isə aidiyyatı qurumlar nəinki ciddi tədbir görmür, hətta şikayətlərə məhəl qoymurlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR