Xətai rayonunda Vətən Müharibəsi şəhidi Rəfiyev Ülvi Rəfail oğlu və I Qarabağ Müharibəsi şəhidi Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub.
Azadmedia.az xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Məşədi Dadaş məscidinin axundu, din xadimi Hacı Şahin və başqaları çıxıb ediblər.
Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüblər.