AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı məktəbində şəhidin anim mərasimi təşkil olunub

  • + A
  • - A
  • 20-05-2021, 18:22


    Paytaxtdakı 171 nömrəli tam orta məktəbdə şəhid Zaur Məmmədovun xatirəsi anılıb.

    Açıq havada təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin bacıları Bakı Musiqi Akademiyasının dosenti Venera Məmmədova, Real TV-nin direktor köməkçisi Sevinc Kərimova, AMEA-nın Mikrobiologiya İnstitutunun mütəxəssisi Nisə Məmmədova, 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

    Tədbir ümummilli lider Heydər Əliyevin Qarabağ haqqında fikirlərinin səsləndirilməsi ilə başlayıb.

    BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu gün dövlətin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.

    Müdir müavini hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalı olduğunu söyləyib. Bu işdə təhsil müəssisələrinin mühüm rolundan bəhs edən H.Əsgərov məktəbin təkcə təhsil verən məkan deyil, eyni zamanda şagirdləri hərtərəfli, vətənpərvər ruhda yetişdirmək vəzifəsini şərəflə daşıyan tədris ocağı olduğunu deyib.
    Digər çıxış edənlər Zaur kimi müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğunu vurğulayıblar. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Zaur Məmmədovun heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıblar.
    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
    Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR