AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün yazılan təbriklər xalq sevgisinin təzahürüdür

  • + A
  • - A
  • 26-08-2021, 12:36

    Bu gün yazılan təbriklər xalq sevgisinin təzahürüdür
    İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru


    Bu gün manşetləri Mehriban xanımın şəkilləri bəzəyib. Yaşından, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs Birinci xanımı ən səmimi sözlərlə təbrik edir. Bu, sevgidir - əsl xalq sevgisi! Mehriban xanımın fəaliyyəti, ölkə üçün gördüyü işlər barədə çox danışmaq olar. Nəinki ölkə daxilində, Mehriban Əliyevanın Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli, çoxhəcmli fəaliyyəti də böyük önəm kəsb edir. Ölkənin milli mədəniyyət və incəsənət nümunələrinin dünya miqyasında təbliği, ümummilli məsələlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işləri daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir. Mehriban xanım həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

    Mehriban Əliyeva həmişə doğma təhsil ocağımız ADAU-ya diqqət ayırlb. Ötən il iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində cənab Prezident İlham Əliyevlə bərabər Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edıb, yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Bu, cənab Prezidentin və Mehriban xanımın son 4 ildə Universitetə 3-cü gəlişi idi. ADAU kollketivi adından Mehriban xanımı təbrik edir, can sağlığl, yeni yüksəlişlər arzulayıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR