AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qazilərimizin müalicəsində Heydər Əliyev Fondunun fədakarlığı yüksəkdir" - Ağalar Vəliyev

  • + A
  • - A
  • 25-08-2021, 10:53

    "Qazilərimizin müalicəsində Heydər Əliyev Fondunun fədakarlığı yüksəkdir" -  Ağalar Vəliyev

    "Vətənə və dövlətə sədaqət, milli dəyərlərə hörmət, humanizm Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləridir. Xeyirxahlıq və humanizm Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin əsas prinsipləridir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin irsini təbliğ etməklə yanaşı, ayrı-ayrı sahələrdə həyata keçirdiyi layihələri ilə diqqətdədir".

    AzadMedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

    "Bu gün bu fikri böyük inamla və fəxrlə qeyd edirik ki, ölkə vətəndaşlarının üz tutduğu ünvan dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizi nəzərə alsaq, bu gün dövlətimizin, hər bir vətəndaşın şəhid ailələrinə və qazilərə diqqət və qayğısı prioritetdir. Şəhid ailələri və qazilərimiz Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Qazilərimizin müalicəsi istiqamətində Heydər Əliyev Fondunun fədakarlığı yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın xalqımıza ünvanladığı bütün müraciətlərinin sonunda qeyd olunan «Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN» kəlməsi onun dövlət, xalq sevgisini ortaya qoymaqla yanaşı, bu birlikdən, həmrəylikdən qürur hissi keçirdiyini, fəaliyyətində əsas amil kimi öndə saxladığını təsdiqləyir. Xalqın sevgisi Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə verilən qiymətlər, aldığı mükafatlar arasında xüsusi yer tutur".

    A.Vəliyev qeyd edib ki, hər kəs Mehriban xanım Əliyevaya mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxır: "Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin, səhiyyəsinin, idmanının, mədəniyyətinin inkişafı, ən əsası ölkəmizin beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi layihələrə diqqət yetirmək kifayətdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişafı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görür. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Fond «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqları müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. "Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir".

    Deputat qeyd edib ki, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: "Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır".

    Mehriban xanım Əliyeva daim bu çağırışı da edir ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır.

    Millət vəkili Mehriban xanım Əliyevanın siyasi fəaliyyətindən bəhs edərək, onun ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini kimi fəaliyyətini yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyev irsinin təbliği missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun prezidenti kimi, həm də dahi şəxsiyyətin adı ilə bağlı olan partiyanın inkişafına dəstək olmaq qürurvericidir.

    "Mehriban xanım Əliyevanın gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir» söyləyən millət vəkili bildirib ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir: "Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR