AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib

  • + A
  • - A
  • 31-08-2021, 14:34


    Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
    Səhiyyə Nazirliyindən Azadnedia.az-a verilən məlumata görə, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

    Tələb olunan sənədlər:

    Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

    Şəxsiyyət vəsiqəsi

    Diplom

    İnternatura vəsiqəsi

    Sertifikat

    Əmək kitabçası


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR