AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa üçün yeni dövr başlanır

  • + A
  • - A
  • 31-08-2021, 15:15

    Şuşa üçün yeni dövr başlanır

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Bu günlərdə diqqətlər yenə Şuşadadır. Şuşa Azərbaycan xalqı üçün qəhrəmanlıq simvoludur. Milli qürurumuz, milli mənliyimiz, mədəniyyətimizin, incəsənətimizin beşiyidir Şuşa. 28 illik işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etməsi Qarabağın simvolunun xilas edilməsi demək oldu. 3 əsrə yaxın tarixi olan Şuşa şəhəri bu gün dirçəliş, inkişaf, intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimlərində iştirak etməsi, bir sıra yeni layihə və obyektlərin təməlini qoyması bir daha Şuşanın yeni intibah mərhələsinə daxil olduğununu, Şuşanın mədəniyyət mərkəzi olduğunu göstərir.

    Şuşaya ilk səfər 14 yanvar təsadüf tarix seçilməmişdi. 39 il əvvəl Şuşada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılışı 14 yanvarda olub. Bu, bir daha sübut edirdi ki, Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirir, onun vəsiyyətini yerinə yetirir.

    Vaqif Poeziya Günlərinin keçirilməsi Ümummilli liderə ehtiramın əlamətidir. 1982-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qədim mədəniyyət mərkəzi olan Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldılmışdı. Təəssüflər olsun ki, 1992-ci ildə Şuşanı işğal etmiş erməni vandalları Vaqifin abidəsini də, məqbərəsini də dağıtmışdılar, talan etmişdilər. Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin ilk göstərişlərindən biri məhz Vaqifin abidəsinin və məqbərəsinin bərpası ilə bağlı oldu. Qısa zamanda bərpa edilən Molla Pənah Vaqifin abidəsi və muzey-məqbərə kompleksi Qarabağda möhtəşəm bir ziyarət evinə çevrildi. Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, Bülbülün abidələrinin, muzeylərinin Şuşa şəhərində yenidən ucaldılması, bərpası Azərbaycan xalqının böyüklüyünün, mətinliyinin, məğlubedilməzliyinin simvoludur.
    Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

    “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur” kəlməsi Şuşanın Heydər Əliyev üçün hansı zirvədə dayanmasından xəbər verirdi. Şükürlər olsun ki, cənab Ali Baş Komandan İlham Əliyev Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşdurdu, hazırda dirçəldir, bərpa edir. Şuşa üçün yeni dövr başlanır.

    Aparılan işlərlə, layihələrlə tanış olduqda görürük ki, görülən işlər nəinki Şuşanın əvvəlki şöhrətini qaytaracaq, Şuşanı ən gözəl, inkişaf etmiş mədəniyyət beşiyinə çevirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR