AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağa tarixi uçuşu yerinə yetirən kapitan danışdı

  • + A
  • - A
  • 5-09-2021, 15:00


    “Uzun illər sonra Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başladıq və hər zaman da yetirəcəyik”.

    Bunu jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov deyib.

    O bildirib ki, hava limanında uçuş sxemi çox əlverişli və rahatdır:

    “Uçuş zolağı pilot üçün çox rahatdır. Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin.

    Əminəm ki, yaxın zaman ərzində Qarabağ ərazisində daha bir aerodromlara uçuşlara başlayacağıq”, - kapitan qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR