“2021-ci ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanına yoxlama təyyarəsi enəcək”.
Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Etibar Hüseynov bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağını, yönəldici yolu bitirilməsi planlaşdırılır:
“Uçuş avadanlıqları quraşdırılacaq və 2021-ci ilin sonuna kimi yoxlama təyyarəsi bura enəcək”.
O qeyd edib ki, ərazilərin minalardan təmizlənməsini sürətləndirmək üçün xaricdən avadanlıq gətirilib:
“Minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Minalardan təmizlənən ərazi boşaldıqca, işlər daha da sürətlənəcək. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 45 metrdir”, -deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.