AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbayanda rus dili öyrədilsin, amma rus məktəbi olmasın” - ÇAĞIRIŞ

  • + A
  • - A
  • 7-09-2021, 08:37


    Son günlər Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri bu bölməni övladına dil öyrətmək sevdası ilə, digərləri isə rus bölməsində xüsusi nizam-intizam, səliqə-sahmanın olduğu fikrinə görə seçirlər. Amma rus bölməsinə olan bu maraq cəmiyyəti çox təhlükəli tendensiya ilə üz-üzə qoyur.

    Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində ümumiyyətlə, bu əcnəbi dili bilən olmur. Hazırda aşağı siniflərin tədris proqramlarının kifayət qədər mürəkkəbləşdiyini nəzərə alsaq, şagirdin bilmədiyi, məlumatsız olduğu bir dildə ev tapşırıqlarını sərbəst şəkildə necə hazırlaması sual doğurur. Həmçinin onların oxuduğu sinifdə şagirdlərin 50 faizi rusdilli ailələrin uşaqları olduğundan, bəzən yoldaşları ilə münasibətlərində problem yarana bilir.

    Azərbaycanda rus bölmələrinin olmasının çox fəsadlar verə biləcəyini deyən sabiq təhsil naziri Firudin Cəlilov “Sherg.az”a qeyd edib ki, rus dili sevdası ilə yaşayan insanların böyük əksəriyyəti milli mənəviyyatdan uzaqdır:

    “Özləri bu dildə təhsil aldıqlarına görə övladlarını da rus bölmələrinə qoyublar. Məktəblərdə rus dili öyrədilməlidir, amma Azərbaycanda rus məktəbi olmamalıdır. Bunlar ayrı-ayrı şeylərdir. Uşaq məktəbdə həm Azərbaycan türkcəsində təhsil alıb, həm də ingilis dilini öyrənə bilər. Eyni prinsiplə rus dilini öyrənmək də vacibdir. Çünki biz hələ uzun illər Rus ədəbiyyatından, elmindən bəhrələnəcəyik. Azərbaycan elminin demək olar ki, 60-70 faizi rus elmi vasitəsi ilə gerçəkləşib.

    1992-ci ildə Bakı şəhərində 1 ilin içində 10 rus məktəbi bağlanıb və əlavə olaraq 10 Azərbaycan məktəbi açılıb.

    O zamanlar nazirlik rus məktəblərinin bağlanmasına dair elə də göstəriş verməmişdi. Xalq özü bunu edirdi. Övladları rus dilində oxuyan valideynlər uşaqlarını rus məktəblərindən götürüb öz dilimizdə olan məktəblərinə qoyurdu. Çünki millətdə dövlətə bir inam yaranmışdı, milli ruh var idi. Rus dilini bilmək lazımdır, amma rus məktəblərinin sayının çoxalması doğru deyil. Bu, milli strategiyamızın əleyhinədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR