AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

11 sentyabr terror aktlarının ildönümündə xalqı birliyə çağırdı

  • + A
  • - A
  • 11-09-2021, 10:00


    Birlik amerikalıların kim olduqlarını göstərir, onlar bunu unutmamalıdır.

    Bu bəyanatla ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci il terror aktlarının iyirminci ildönümü münasibətilə etdiyi videomüraciətində çıxış edib. Videomüraciət dövlət başçısının tvitter səhifəsində yayımlanıb.

    “11 sentyabr 2001-ci ildən 20 il sonra biz 2 977 nəfərin həlak olduğunu xatırlayırıq və risk edən və həyatını qurban verənlərin şərəfinə tədbirlər keçiririk. (Terror aktından) Sonrakı günlərdə gördüyümüz kimi, birlik - bizim böyük gücümüzdür”, - Bayden qeyd edib.


    Dünyanı dəhşətə gətirən hadisədən 20 il ötür - Fotolar

    “11 sentyabr 2001-ci ildən sonra hər yerdə - gözlənildiyi və gözlənilmədiyi yerlərdə qəhrəmanlıqlar gördük. Biz, həmçinin müstəsna bir şey gördük - əsl milli birlik, birlik və dözümlülük hissi, əziyyət qarşısında bərpa qabiliyyəti”, - Ağ Ev sahibi əlavə edib.

    “Birlik - bizim böyük gücümüzdür. Birlik o demək deyil ki, biz eyni şeyə inanmalıyıq. Biz bir-birimizə fundamental hörmət və inam göstərməliyik”, - dövlət başçısı vurğulayıb.

    O, amerikalıları ümidlərini itirməməyə, qaranlıqda işıq axtarmağa və təkcə öz gücünün nümunəsi ilə deyil, həm də öz nümunəsinin gücü ilə yenidən öz ardınca aparmağa çağırıb. “Və bilirəm ki, biz bunu edə bilərik”, - o, fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR