AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

  • + A
  • - A
  • 15-09-2021, 17:30


    Xəbər verdiyimiz kimi, Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

    Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

    "Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

    ***

    17:18

    Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlayıb.

    Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan polisi Xankəndinə və İrəvana sement daşıyan iki iranlı sürücünü saxlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR