AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üçüncü doza kimlərə vurula bilər? - ÜST AÇIQLADI

  • + A
  • - A
  • 16-09-2021, 14:39


    “Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

    “Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməmiş ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurlmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.

    H. Harmancı hələ peyvənd ala bilməyən ölkələrdəki insanların, xüsusilə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olanların vaksinlənməsini daha vacib hesab edir.(apa)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR