AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COVİD-19-a yoluxma şübhəsi olan şagirdlərlə davranış qaydası dəyişdi

  • + A
  • - A
  • 22-09-2021, 13:34


    Məktəblərdə COVİD-19-a yoluxma şübhəsi olan şagirdlərin tibb müəssisəsi tərəfindən xəstəxanaya yerləşdirilməsini təmin edilməsi tələbi ləğv edilib.

    Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

    İndiyə qədər xəstəlik şübhəsi olan təhsil alanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsil alanın xəstəxanaya yerləşdirilməsi təmin edilməli idi.

    Bundan sonra isə xəstəlik şübhəsi olan təhsil alanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR