AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Regional Mədəniyyət İdarəsində “İSTİ SU” sənədli filminin nümayişi olub - Video

  • + A
  • - A
  • 23-09-2021, 23:18



    Masallı Regional Mədəniyyət İdarəsində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Masal podakşın”ın təşkilatçılığı ilə lentə alınan “İSTİ SU” sənədli filmi nümayiş olunub.

    Azadmedia.az-ın Cənub bürosunun verdiyi məlumata görə, filmin nümayişində Masallı rayonunda rəhbər vəzifədə çalışanlar, mədəniyyət işçiləri, ziyalılar, rayon ictimayəti, “İsti-su” şəfa sanatoriyasının rəhbərliyi və media nümayəndələri iştirak ediblər.

    Təqdimat mərasimi Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

    Tədbirin aparıcısı Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti Taleh Mikayılov nümayiş olunacaq film, yaradıcı heyət haqqında geniş məlumat verib.

    O qeyd etdi ki, sənədli filmdə Odlar yurdunun dilbər guşələrindən olan Masallı rayonunda sağlamlıq mənbəyi kimi çoxdan məşhur olan mineral və termal sularının müalicəvi əhəmiyətindən, “İstisu” Şəfa Sanatoriyasının yaranmasından və hazırki fəaliyyətindən danışılır.

    Sonra sənədli filmin nümayişi olub.




    Nümayişdən sonra “Masal prodakşın”ın baş direktoru Cəfər Cəfərov çıxış edərək, tədbirə gələn qonaqlara öz minnətdarlığını bildirib. Prodakşın rəhbəri bildirib ki, sənədli filmdə rayonumuzda olan müalicəvi sularla yanaş tarixi mövzulara, rayon mədəniyyəti, turizimi, idmanına yer ayrılıb. Filmdə həmçinin ölkəmizin ictimai-siyasi həyatı, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbədən danışılır.

    Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, Dron operatoru Vadim Eyvazoğludur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR