AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Masallı Rayon Təşkilatı Çaxırlı kənd şəhid ailələrini ziyarət edib - Foto

  • + A
  • - A
  • 24-09-2021, 00:11


    YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarət edib.

    Azadmedia.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Çaxırlı kənd ərazisindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Vəliyev Məhəmməd Nail oğlu, Şahbazov Kənan Natiq oğlu, Gözəlov Ziya Zahid oğlu, Bağırov Namiq Nürəddin oğlu və Ağayev Ağamalı Şamil oğlunun ailə üzvlərinə baş çəkib, maddi yardım göstəriblər.


    YAP Masallı Rayon Təşkilatı şəhidlərin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar.

    Qeyd edək ki, Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

    Vətənimizin müdafiəsi, torpaqlarımızın qorunması uğrunda canından keçərək müqəddəs zirvəyə ucalan oğullarımızla həmişə fəxr edirik. Azərbaycanın üçrəngli bayrağı dalğalandıqca onlar daim bizim xatirələrimizdə, qəlbimizdə yaşayacaqlar. Qəhrəmanlarımızın qısa, amma şərəfli ömür yolu gənclərimizə hər zaman örnəkdir.

    Allah bütün şəhidlərimizə rəhmət etsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR