AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

  • + A
  • - A
  • 24-09-2021, 12:12


    XIII Beynəlxalq Musiqi Festivalının beşinci günü Azərbaycan Dövlət Filarmoniyasında Polşalı musiqiçilərin iştirakı ilə keçirilən parlaq simfonik musiqi axşamı ilə sona çatdı. Konsertin əsas iştirakçılıarı dirijor Pavel Kotla və soprano səsli müğənni İvona Sobotka idi.

    Azadmedia.az xəbər verir ki, Pavel Kotla orta təhsilini violin sinfi üzrə Poznan şəhərində alıb. F.Şopen adına Varşava Musiqi Akademiyasının simfonik musiqi və opera dirijorluğu sinfini bitirib. Bir sıra beynəlxalq ustad dərslərində iştirak edib. 2008-ci ildən Avropa Birliyinin Polşa Prezidensiyasının rəsmi orkestri olan “I, Cultural Orchestra” heyətinin yaradıcısıdır. Həmçinin, musiqişünaslıq üzrə də diplomu var.

    İvona Sobotka Polşanın tanınmış opera müğənnisidir. F.Şopen adına Varşava Musiqi Akademiyasının məzunu, Kraliça Yelizaveta Musiqi Müsabiqəsinin Qran-pri mükafatı laureatıdır. 2007-ci ildən etibarən dünyanın bir çox ölkələrində nümayiş olunan opera tamaşalarında baş rollarda çıxış edir.

    Repertuarında F.Şopen, Rixard Ştraus, Karl Şimanovski və başqa klassik bəstəkarların əsərləri geniş yer tutur.

    Konsert Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita ilə başlandı. Baletin ən parlaq, afro-amerika çalarlı epizodları olan “Ümumi rəqs”, “Qaraların rəqsi”, “Gitaralı qızların rəqsi” ifa edildi.
    Daha sonra Karl Şimanovskinin soprano ilə orkestr üçün “Şahzadənin mahnıları” adlı silsiləsinin dünya üzrə ilk ifası baş tutdu. Xatırlatmaq lazımdır ki, bir neçə il öncə əsərin əvvəlki redaktələrindən biri aşkarlanıb ilk ifa üçün hazırlanırdı, lakin pandemiya səbəbindən “Şahzadənin mahnıları” silsiləsinin ilk ümumdünya ifası Bakıda və məhz Ü.Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşdi. Silsilə solist, soprano müğənni İvana Slobodka ilə müşayiət edən orkestrin ifasında səsləndi.

    Karl Şimanovski XX əsrin I yarısında yaşayıb yaratmış, impressionizm musiqi ənənələrilə müasir, xüsusən R.Ştrausun və A.Skryabinin ənənələrini özündə birləşdirən üslubu ilə tanınıb. Onun musiqisi yüksək emosionallığı, ekstatik keyfiyyəti və ekzotik səslənmələrə təmayül ilə fərqlənir.

    Konsertin ikinci bölməsində Lüdviq van Bethovenin təntənəli, bir qədər də matəm ruhlu VII simfoniyası ifa edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR