Vətən müharibəsinin başlanmasından 1 il ötür.
Azadmedia.az xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi 1 saylı Körpələr Evində də yad edilib.
Belə ki, 1 saylı Körpələr Evində "Anım günü" tədbiri keçirilib
İlk öncə Azərbaycan dövlət himni səsləndirilib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra körpələr evinin rəhbəri Nərminə Zöhrəbova çıxış edərək 27 sentyabr Zəfər tariximizin başladığı gün barədə kollektivə və uşaqlara məlumat verib.
Sonda uşaqlar vətən uğrunda canından keçən şəhidlərin ruhuna sayqı əlaməti olaraq şeirlər səsləndiriblər.
Bu körpə fidanlar vətənpərvər ruhda böyüyərək bizim nurlu sabahımızın igid oğul və qızları olacaqlar.
Vətən naminə canlarını fəda edənlər heç vaxt unudulmurlar
Allah şəhidlərimizə rəhmət eləsin!