AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA-dan 44 günlük tarix yazan media qəhrəmanlarımız barəsində silsilə - Videoçarxlar

  • + A
  • - A
  • 5-10-2021, 19:39



    Medianın İnkişafı Agentliyi 44 günlük tarix yazan media qəhrəmanlarımız barəsində silsilə Videoçarxlarla yeni layihəyə başladı.

    Bu barədə Azadmedia.az-a MEDİA-dan bildirilib.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində iştirak edən oğullarımızın qəhrəmanlığı dillərə dastandır. Bu zəfər salnaməsi xalqımızın əzminin və iradəsinin təcəssümüdür.

    Biz fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər.

    Müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz son dərəcə böyük şücaət göstərdilər.

    Vətən müharibəsi iştirakçısı olan media nümayəndələrinin fədakarlıqları, təəssübkeşlikləri hər zaman yüksək qiymətləndirilir.

    Medianın İnkişafı Agentliyi keçdikləri şərəfli döyüş yolunu işıqlandırmaq üçün onların həmsöhbəti olur. Bu dəfə biz çəkirik, onlar danışır.

    Beləliklə, Sizə 44 günlük tarix yazan media qəhrəmanlarımız barəsində silsilə videoçarxları təqdim etməyə başlayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR