Millət vəkili Cavanşir Paşazadə II Qarabağ müharibəsinin il dönümü ilə əlaqədar şəhid ailələrini ziyarət edib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, mütəmadi halda şəhid ailələrinə və qazilərə baş çəkilir.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 75-saylı Lənkəran-Masallı seçki dairəsindən Millət vəkili seçilmiş Cavanşir Paşazadə II Qarabağ müharibəsinin il dönümündə dairənin əhatə etdiyi kənd və qəsəbələrdə şəhid ailələri ilə görüşüb.
Millət vəkili görüş əsnasında köməkçiləri, şəhid ailələri və kənd sakinləri ilə birlikdə kənd qəbiristanlığında 44 günlük Vətən Müharibəsi şəhidləri Şəhid Bağırzadə Hüseyn, şəhid Kamran Səmədov, şəhid Aqşin İbadov, şəhid Valeh Əkbərzadə və şəhid Taleh İsmayılovun məzarlarını ziyarət edərək, ruhlarına dualar oxuyublar.
Qeyd olunan şəhidlərin ailə üzvləri II Qarabağ müharibəsindəki qələbəmizə görə, Ali Baş komandana Şəhidlərimizə və qazilərimizə göstərdiyi qayğıya görə səmimi təşəkkür və minnətdarlıqlarını bildiriblər.
İgid Azərbaycan oğulları Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq nümunələri göstərərək Vətənimizin şanlı hərb tarixinə parlaq səhifələr yazdılar.
Allah şəhidlərimizə rəhmət eləsin!