AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA-nın təşəbbüsü ilə İngiltərənin "Lazarus Training" təşkilatı tərəfindən jurnalistlər üçün təlimlər davam edir - Fotolar

  • + A
  • - A
  • 5-10-2021, 23:35


    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) jurnalistlər üçün təşkil olunan təlimin 1-ci və 2-ci günündə praktiki məşqlər keçirilib.

    MEDİA-nın təşəbbüsü ilə "Lazarus Training" təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlim davam edir.


    Azadmedia.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün təşkil etdiyi təlimdə jurnalistlərə minalar haqqında daha ətraflı məlumat verilib. Bundan əlavə, minaların gizlədildiyi yerlər, onların törətdiyi fəsadlar və mina hadisələri zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi barədə praktiki dərslər keçirilib.

    Xatırladaq ki, təlim MEDİA-nın inzibati binasında keçirilir. Oktyabrın 8-dək davam edəcək təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Təlimdə Azadmedia.az-ın redaktoru da iştirak edir. İngilis dilində təşkil olunan təlimdə Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim beş gün davam edəcək.

    Təlimin 1-ci günündə iştirakçılar Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbin həyətində, təlimin 2-ci günündə isə iştirakçılar Bakı Dövlət Universitetinin idman meydançasının yaxınlığında mina axtarışı üzrə, onların törətdiyi fəsadlar və mina hadisələri zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi barədə praktiki dərslərdə iştirak ediblər. Dərslər zamanı media nümayəndələrinin mövzu ilə əlaqədar sualları cavablandırılıb, fikir mübadiləsi aparıb.

    Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.
























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR