AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda aktrisa Nəcibə Məlikovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 28-10-2021, 09:00


    Masallıda Nəcibə Məlikovaya həsr olunmuş tədbir təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Mərkəzi Kitabxanasında teatr və kino sənətimizin görkəmli nümayəndəsi, aktrisa Nəcibə Məlikovanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

    Kitabxananın əməkdaşı Rasif Dadaşov tanınmış səhnə ustası Nəcibə Məlikovanın həyatı və sənət fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Doğma kənddində orta məktəbi bitirdikdən sonra Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib. Bir müddət Gəncə Dövlət Dram Teatrında işlədikdən sonra Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub.

    Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa, Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və komediyalarında rollar oynayıb.
    Kitabxananın digər əməkdaşı Ağahüseyn Hüseyni Nəcibə Məlikovanın kino yaradıcılığında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının dəyərli olduğunu vurğulayıb.

    Aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 iyun 1974-cü ildə Xalq artisti fəxri adlarını alıb. N.Məlikova 27 iyul 1992-ci ildə vəfat edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR