Enerji sistemimizi qiymət və tədarük şoklarına qarşı daha dayanıqlı etməliyik.
Azadmedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
O, Avropanın strateji təbii qaz ehtiyatlarının yaradılması və təbii qazın birgə tədarükü kimi imkanları müzakirə etməli olduğuna, yenilənə bilən mənbələrə sərmayə qoyulmasının vacibliyinə diqqət çəkib:
"Bərpa oluna bilən mənbələrə sərmayə qoymaq çox vacibdir. Bərpa oluna bilən enerji ilə yanaşı, keçid dövründə nüvə kimi sabit mənbələrə və təbii qaza ehtiyacımız var".