AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Komissiyasının sədri Ərdoğanla görüşdə pərt oldu - Video

  • + A
  • - A
  • 7-04-2021, 12:21

    Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Avropa Şurasının sədri Şarlz Mişelin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı maraqlı anlar yaşanıb.

    Prezident sarayında keçirilən görüş zamanı cəmi 2 oturacağın olması diqqət çəkib. Bir müddət ayaqüstə qalan Avropa Komissiyasının sədri diplomatik protokola uyğun olmayaraq, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə üzbəüz divanda oturmalı olub.

    Bundan əlavə, qəbul edilmiş normalara görə, bu cür danışıqlar zamanı bu yer ümumiyyətlə tərcüməçilərə və iclasın digər iştirakçılarına ayrılır.

    Avropa Parlamentinin üzvü, millət vəkili Sofi int Veld baş verənlərin təsadüf olmadığını düşünür.

    “Bu, düşünülmüş idi. Niyə Avropa Şurasının sədri bir şey etmədi?”,- deyə o qeyd edib.

    Ursula fon der Leyen isə yaşanan hadisə ilə bağlı heç bir münasibət bildirməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR