14 oktyabrda "Brexit " danışıqları müzakirə ediləcək
AzadMedia.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula von der Leyen 14 oktyabrda Birləşmiş Krallıq və Avropa İttifaqı arasında gələcək münasibətlərə dair danışıqları müzakirə edəcəklər.
AzadMedia.az bu barədə məlumatı Reuters agentliyinin Britaniya hökuməti başçısının ofisinə istinadən bildirib.
Bildirilib ki, onlar bu ayın əvvəlində (3 oktyabr) baş tutan danışıq əsnasında danışıqlar prosesi boyunca sıx təmasda olacaqlarına razılıq veriblər.
Belə ki, Birləşmiş Krallıq və Avropa İttifaqı razılaşma ilə bağlı danışıqların çətin olduğunu və Brexit-in keçid dövrünün bitməsinə qədər az vaxt qaldığını etiraf etdilər.