AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib

  • + A
  • - A
  • 9-11-2021, 23:00



    Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Bayraq meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, o cümlədən sakinlər iştirak ediblər.

    Dövlət Bayrağı Gününə həsr edilmiş tədbirdə “Vətən Müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı baş tutub.

    Tədbirdə ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, “Zəfər Salnaməsi” kitabı şanlı Qələbəmizin ildönümünə həsr olunmuş daha bir töhfədir. O qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR