AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Bursa şəhərində "Mən Qarabağam" adlı konsert proqramı keçirilib - Fotolar - Özəl

  • + A
  • - A
  • 9-11-2021, 23:50


    Bursa Uludağ Üniversiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkilatçılığı ilə 6 noyabr tarixində Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi və Azərbaycan İstanbul Başkonsulluğunun dəstəyi ilə "Mən Qarabağam" adlı Zəfər Konserti təşkil olunub.

    Azadmedia.az-a bursadan verilən məlumata görə, Konsertdə proqramında şəhid yaxınları və qaziləri, Bursa Böyükşəhər Bələdiyyəsi başqanı Alinur Aktaş, rəsmi şəxslər və media nümayəndələri iştirak edib.

    Tədbir çərçivəsində "Qarabağın dünəni və bugünü" adlı sərgi təşkil olunub və bu sərgi ilə Bursadakı yerli və xarici vətəndaşlara erməni vandalizmi nümayiş etdirilib.

    Tədbir Şəhidlərin əziz ruhlarını 1 dəqiqəlik sükut ilə yad etdikdən sonra hər iki ölkənin himni səsləndirilib.

    Konsert proqramı Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Lətifə Nağdalıyevanın açılış nitqi ilə başlayıb. Lətifə Nağdalıyeva çıxışını “Zəfər şənliklərimizi türk xalqının böyük dəstəyi ilə etdik. Bir millət, iki dövlət anlayışı ilə qurulan bağımız bizim üçün bir qürurdur. Türkiyədə olmaq və Bursada təhsil almaq bizim üçün dəyərlidir. Həmçinin, Bursa 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı seçilib. Bu hal bizi də çox sevindirdi” sözləri ilə yekunlaşdırıb.

    Konsert proqramında çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş “Türkiyənin Azərbaycanın yanında dik durması qələbəni gətirən ən mühüm amil oldu. Artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Qarabağ hadisələri ölkəmizin qətiyyətli mövqeyinin nə qədər önəmli olduğunu göstərdi. Türkiyə və Azərbaycan bir daha əsl qardaş kimi qucaqlaşaraq keçmişdən bu günə qədər uzanan tamamilə yeni bir körpü inşa etdilər. Dünən iki dövlət, bir millət idik, bu gün də belədir, inşallah həmişə belə qalacaq. Qarabağda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa diləyirəm”. - Dedi.

    Bursada müalicə alan qazilər adından söz alan Qarabağ müharibəsi qazisi Kənan Nəsirov, Bursada keçirilən proqramda iştirakdan çox xoşbəxt olduqlarını bildirdi. Qarabağ sevgisinin doğulduğu gündən onların qəlbinə yerləşdiyini bildirən Nəsirov, “Qarabağda yaşanan bəlaları həmişə xatırlamışıq, unutmamışıq. 30 ildən sonra biz öz torpaqlarımızı geri aldıq. Bizim üçün qürurverici bir məqamdır. Nə qələbəmizi, nə də keçmişimizi unutmayacağıq. Bizi heç vaxt unutmayan türk xalqına təşəkkür edirik. Azərbaycan və türk xalqı şəhidlərimizi, qazilərimizi heç vaxt unutmayacaq”, - deyib.

    Tədbirin bədii hissəsi, Muğam Müsabiqəsinin birincisi, Azərbaycan Televiziyası AzTv-nin solisti, xanəndə Zümrüd Məmmədova, tarda Toğrul Orucov, kamançada Səfər Səmədov və Bursa Mədəniyyət və Sosial Müdürlüyü Orkestrı ilə birlikdə möhtəşəm Zəfər konserti gələn qonaqlar tərəfindən həyəcan və sevgi ilə qarşılanıb.

    Konsertin sonunda, sənət adamları Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşəkkür plaketi təltif olunublar. Həmçinin proqramın hazırlanmasında əməyi keçən Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin üzvləri Minarə Əliyeva Çinar tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

    Ülkər Piriyeva - Solmaz İsmayılova













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR