AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə polisdən qaçan azərbaycanlı qadın özünü eyvandan atdı

  • + A
  • - A
  • 12-11-2021, 12:36


    Türkiyənin Trabzon şəhərində polis azərbaycanlı qadınların olduğu evə basqın edib.

    Trabzon Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Etika Büro Komandirliyi qrupları, sosial şəbəkələrdə qadın alveri ilə məşğul olduğu bildirilən qadınların yaşadığı evdə əməliyyat keçirib. Basqın nəticəsində Azərbaycan vətəndaşı olan qadınlardan biri saxlanılıb. Digəri isə polisdən qaçmağa çalışıb. O, birinci mərtəbənin eyvanından özünü aşağı atıb. Nəticədə qadın baldır sümüyünü sındırıb.

    Polis qadınları və digər şəxsləri bölməyə aparıb. 2 azərbaycanlı qadının ifadələrindən sonra deportasiya ediləcəkləri bildirilib.

    Onlar barəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR