AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb

  • + A
  • - A
  • 16-11-2021, 21:06


    16 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.

    XİN-dən Azadmedia-a verilən məlumata görə, Görüş zamanı ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

    Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Nəticədə, bölgədə yaranmış yeni reallıqlar yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaradıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri, o cümlədən sözügedən beynəlxalq dəhlizlərin tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.

    Baş katib Kunio Mikuriya əvvəllər ölkəmizə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, o görüşlərin Azərbaycanla ÜGT arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verdiyini vurğulayıb. Baş katib Azərbaycanın Avropa ilə Asiya arasındakı əlverişli coğrafi mövqeyinə diqqət çəkərək, Mərkəzi Asiya ilə nəqliyyat bağlantılarının inkişafının bütöv regionun potensialının reallaşdırılmasına töhfə verəcəyini söyləyib.

    Görüş zamanı, həmçinin ÜGT ilə bir sıra yeni əməkdaşlıq təklifləri üzrə müzakirə aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR