AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə ilk dəfə olaraq, “ZƏFƏR Partiyası” Qərargahının bağçasında “Qadınlara qarşı zorakılıqla mübarizə” abidəsi ucaltdı - Video - ÖZƏL

  • + A
  • - A
  • 26-11-2021, 08:13


    Türkiyədə ilk dəfə olaraq “Zəfər Partiyası” Qərargahının bağçasında “Qadınlara qarşı zorakılıqla mübarizə” abidəsi ucaltdı

    Zəfər Partiyasından qadınlara mənalı abidə..

    Zəfər Partiyası mətbuat xidmətindən Azadmedia.az-a verilən xəbərə görə, 25 Noyabr, 2021-ci il tarixdə Türkiyədə ilk dəfə olaraq Zəfər Partiyası Qərargahının bağçasında keçirilən mərasimlə Zəfər Partiyası tərəfindən inşa edilən “Qadınlara qarşı zorakılıqla mübarizə” abidəsinin açılışı olub.
    “25 Noyabr Qadınlara Qarşı Zorakılığa Qarşı Mübarizə Günü” tədbirləri çərçivəsində qərargahda abidənin açılışı mərasimi keçirilib. “Qadınlara qarşı zorakılıqla mübarizə” mövzusuna diqqət çəkmək üçün hazırlanan abidə Zəfər Partiyasının Qərargahının bağçasında yerləşdirilib.

    Zəfər Partiyasının sədri Prof. Dr. Ümit Özdağ qadın QHT nümayəndələrinin də qatıldığı mərasimdəki çıxışı zamanı - "Bu ölkədə qadınlar küçədə, metroda hər yerdə öldürülə biləcəklərindən qorxurlar. Təəssüf ki, insanlar bir də bundan qorxurlar ki, zorakılığa məruz qalan qadına kömək edərsəm, Kadir Şeker kimi olaram: “25 Noyabr üçün tək arzum - abidədəki vazaya heç gül qoymamaqdır.” Partiya rəhbərləri və QHT nümayəndələrinin çıxışlarından sonra abidənin açılışı olub.











    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR