Fidan Hümbətli Fuad qızı
Siyasi Psixologiya
Qədim dövrlərdən bu günə kimi ziyalılar ictimai həyat, idarəetmə formaları və hansının ən yaxşı idarəetmə forması olması kimi məsələlərlə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Ziyalıların sosial həyatın prinsipləri, müxtəlif idarəetmə sistemləri ilə bağlı sistemli şəkildə irəli sürdükləri və ən yaxşı idarəçilik forması olan və ya ola biləcək müxtəlif fikirlər bu gün “siyasi fəlsəfə” adlanan intizamı yaratmışdır. Siyasi fəlsəfə kontekstində öz yerini müəyyən edən siyasi psixologiya son onilliklərdə nəzəriyyəçilərin, akademiklərin tədqiqat sahəsi kimi daha intensiv məşğul olduğu bir sahədir.
Sovetlər Birliyinin çöküşündən əvvəl dünyadaki iki super güc bütün dünyanı məhvedəcək gücə malik olan nüvə silahı yarışının içində ikən, bu gün artıq bu iki böyük güc arasında dialoq qurmaq üçün bəzi şəxslərin qeyri-rəsmi cəhdlərdə olduğunu bilirik. Sovetlərdə M.Qorbaçovun idarəçiliyə gəlməyi ilə birlikdə bu qeyri-rəsmi görüşlərlə dünya üçün daha dinc bir ortam yaradılıb yaradılmayacağı barədə düşüncələr inkişaf etməyə başlamışdır və bu cür dialoq anlayışı o dövrdə yalnız iki super güc üçün deyil, Fələstin və İsrail üçün də diqqət çəkici olmuşdur. Məhz bu dialoqlar psixologiyanın dövlətlərarası anlamda və digər böyük qruplar arası münasibətlərdə oynadığı rolu yavaş-yavaş ortaya çıxararaq siyasi psixologiya terminin yaranmasına yol açmışdır.
Bu anlayışın yaranmasında ən böyük addım isə 1970-ci illərdə tək elmlərin dünyada olub bitənləri anlamağa və problemlərin ayrıcalıqda açıqlanmasına yardımçı olmadığı görüşündən yola çıxaraq, Los Angeles California Universitetində Psixiyatr v Biodavranış Elm şöbəsindən Jean N.Knutsonun atdığı addımdır. Bundan sonra Siyasi Psixologiya bəzi universitetlərdə bir elm sahəsi olaraq öyrənilməyə başlanılmışdır.
Siyasi Psixologiyası nədir?
İnsan düşüncəsinin, duyğu və davranışının siyasi həyata təsirləri ilə bağlı olan və psixologiya vasitəsilə siyasi elmləri araşdıran fənlərarası akademik və elmi sahədir. Siyasi psixologiya liderlərin xarakterlərini, idarə edənlə idarə olunan tərəflər arasındakı münasibəti, xalqın öz daxilində və xalqların bir-birinə münasibətini təhlil edir. Sosial hadisələrə həssaslıqla yanaşan və gündəmi izləyən siyasi psixologiya psixoloji nəzəriyyəni siyasi hadisələrlə əlaqələndirmək üçün tədqiqatlar aparır. Bu sahə psixologiya ilə cəmiyyəti birləşdirən kəsişmədir.
Siyasi Psixologiya hansı sahələrlə işləyir?
Siyasi Psixologiya geniş tətbiq sahəsi olan bir elmdir. Siyasi elmlərlə yanaşı; O, antropologiya, koqnitiv psixologiya, inkişaf və şəxsiyyət psixologiyası, sosial psixologiya, sosiologiya, psixiatriya, beynəlxalq münasibətlər və iqtisadiyyat, incəsənət və fəlsəfə kimi daha müstəqil sahələrdə çalışır.
Siyasi Psixologiyanın Tədqiqat Sahələri hansılardır?
- Etnik kimlik və etnik psixologiya
- Terrorizm və terrorçunun şəxsiyyəti
- Terror psixologiyası
- Böyük qrupların və liderlərin psixoloji motivasiyaları
- Lider və izləyici psixologiyası
- Sosial və siyasi hadisələrin psixodinamikası.
- Qrup dinamikası
- Kütləvi psixologiya
- Vətəndaş müharibələri, soyqırımlar
- Sosial travmalar
- İmmiqrasiya və immiqrasiyanın psixoloji təhlili
- İnteqrasiya
- Medianın siyasətə və siyasi davranışa töhfəsi
- Ölkə idarəçiliyində siyasi psixologiyanın yeri və əhəmiyyəti
Siyasi Psixoloq nə edir?
Siyasi psixologiya mütəxəssisləri seçicilərin, qanunvericilərin, yerli və milli hökumətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların və təşkilatların mövcudluğunu təhlil edir. O, siyasi davranışın altında yatan dinamikanı və onların nəticələrini araşdırır.
Siyasi Psixologiya böyük qrupların, kütlələrin və xalqların bir-biri ilə münasibətlərindən bəhs edir və bu münasibətlərdə rol oynayan psixoloji amilləri dəyərləndirir. Bununla belə, siyasi psixologiya böyük qruplar və xalqlar, onların liderləri arasındakı münasibətlərin psixoloji ölçülərini də öyrənir.
Beləliklə, siyasi psixologiya praktiki olaraq dəyərli məlumatlar verən, həmçinin idrak prosesləri və sosial münasibətlərin əsas nəzəriyyələrinin inkişafını gücləndirən mühüm real dünya hadisələrinin dinamikasını işıqlandırır. Və bütün bu işlər siyasi hadisələrin niyə belə cərəyan etdiyini anlamağa kömək edir.
Siyasi psixologiyada nə öyrənilir?
Politoloqlar ilk növbədə siyasi institutların və hökumət sistemlərinin tədqiqinə diqqət yetirirlər. Siyasi psixoloqlar fərdlərin siyasi inanclarını və hərəkətlərini formalaşdıran qüvvələri anlamağa diqqət yetirirlər.
Siyasi liderlər üçün kütlələri manipulyasiya etmək nə dərəcədə asandır? Siyasi zorakılığa səbəb nədir? İnsanlar niyə siyasi dezinformasiyaları qəbul etməyə meyillidirlər?
Siyasətə psixoloji yanaşma siyasi qərarların qəbulu, davranış və ictimai rəyin köklərini anlamağa kömək edir, medianın, partizan qütbləşmənin, sosial kimliyin və digər amillərin vətəndaşın siyasi qərarlarına və hökumətlə qarşılıqlı əlaqəsinə necə təsir etdiyini anladır. Həmçinin elit qərarların qəbulu, qərəz, siyasi zorakılıq və s.-nin arxasında duran psixoloji anlayışları təhlil edir.
Psixologiya insan şüurunun necə işlədiyini öyrənir, insanların niyə belə davrandıqlarını anlamağa kömək edir. Politoloqlar bəzən prezidentin və ya seçicinin davranışını təhlil etmək və ya bəzi insanların nə üçün müəyyən hökumətləri və ideologiyaları dəstəkləməyə daha çox meyilli olduğunu izah etmək üçün psixologiya anlayışlarından istifadə edirlər.
Siyasi psixologiya siyasi həyatın psixoloji ölçüsünü vurğulayan fənlərarası akademik sahədir. Onun praktikantları siyasi davranışı izah etmək və siyasət və psixologiya arasında mürəkkəb və qarşılıqlı əlaqəni araşdırmaq üçün şəxsiyyət, münasibətlər, inanclar, dəyərlər, ehtiyaclar, məqsədlər və gözləntilər kimi psixoloji konstruksiyalardan istifadə edirlər. Siyasi psixoloqlar hesab edirlər ki, siyasi hərəkətlər, insan davranışının bütün digər formaları kimi, fərd və ətraf mühit arasında qarşılıqlı təsirin nəticəsidir. Siyasətin elmi tədqiqi özünü siyasi aktor kimi aparan fərdlər arasında münasibətləri və qarşılıqlı əlaqəni araşdırdığı üçün istər-istəməz insan təfəkkürü və davranışı ilə məşğul olan psixologiya ilə bağlıdır. Əsrlər boyu və sivilizasiyalar boyu siyasi analitiklər şəxsiyyət xüsusiyyətləri ilə siyasi kontekstlər arasındakı qarşılıqlı əlaqə ilə maraqlanmışlar. Beləliklə, siyasi psixologiya fərdin müxtəlif stimullara reaksiyalarını müəyyən etməkdə psixoloji amillərin mühüm roluna diqqət yetirir.
Siyasətə təsir edən səbəb amilləri kimi fərdi və sosial psixoloji proseslərin - qavrayış, motivasiya, münaqişə, idrak, öyrənmə, sosiallaşma, münasibətin formalaşması göstərilir.
Bu gün siyasi psixologiya siyasət elminin siyasi davranış alt sahəsinin əsas komponentidir. Çoxsaylı psixoloji anlayışlar həm milli, həm də beynəlxalq səviyyədə siyasi tədqiqatlara daxil edildiyi üçün psixoloji terminologiya hazırda siyasət elmi diskursunun mühüm və geniş yayılmış hissəsidir. Psixoloji anlayışlardan səsvermə davranışı, siyasi sosiallaşma, siyasi liderlik, ictimai rəyin dinamikası, siyasi münasibətlər, siyasi münaqişə və əməkdaşlıq, beynəlxalq danışıqlar, qərarların qəbulu, son dövrlərdə isə siyasi məlumatların işlənməsi üzrə tədqiqatlarda geniş istifadə olunur. Siyasi psixologiya artıq siyasət elminin daxilində daimi, daha doğrusu, heterojen və plüralistik mövcudluq əldə etmişdir.
Siyasi psixologiya siyasi olaraq təşkil olunmuş icmalar daxilində fərdlərin siyasi düşüncə və davranışlarının təhlili ilə məşğul olan fənlərarası tədqiqat sahəsidir və sorğu, eksperimental və keyfiyyət tədqiqatları fərdi və kollektiv səviyyədə, geniş ictimaiyyətdə və siyasi elitalar arasında siyasi davranışı, siyasi iştirakın formal və qeyri-rəsmi prosesləri araşdırır. Siyasi psixologiyanın əsas mövzularına siyasi inanclar və dəyərlər, siyasi qərarların qəbulunda idrak prosesləri, siyasi ünsiyyət, media effektləri, siyasi ritorika, beynəlxalq münaqişə, irqçilik və qərəz, etnik kimliklər və kollektiv fəaliyyət daxildir.
Siyasi psixologiya siyasi proseslərin psixoloji baxımdan öyrənilməsi ilə məşğul olan fənlərarası elmi tədqiqat sahəsidir. Ən ümumi səviyyədə siyasi psixologiya siyasi olaraq təşkil olunmuş icmalar daxilində fərdlərin siyasi düşüncəsi və davranışı ilə məşğul olur. Siyasi psixologiya sahəsində tədqiqatlar siyasi davranışı fərdi (məsələn, qərar qəbuletmə) və kollektiv səviyyədə (məsələn, kollektiv fəaliyyət), geniş ictimaiyyətdə (məsələn, ictimai rəy) və siyasi elitalar arasında (məsələn, liderlik psixologiyası) və siyasi iştirakın rəsmi (məsələn, səsvermə) və qeyri-rəsmi (məsələn, icmanın iştirakı) vəziyyətində araşdırır. Siyasi psixologiya ilə onun cəlb etdiyi müxtəlif araşdırma sahələri arasındakı sərhədlər çox qarışıq olur.
Psixologiya (şəxsiyyət təhlilləri, siyasi idrak) və politologiya (siyasi davranış) bu iki fənn çox vaxt yan-yana mövcud olmuşdur. Bununla belə, psixologiya və siyasət elmi ilə əlaqəli müxtəlif metodologiyaları, dünyagörüşləri və qnoseologiyaları necə inteqrasiya etmək məsələsi təkrarlanan narahatlıq olaraq qalmaqdadır. Bəzi yanaşmalar “həddindən artıq psixoloji” (siyasi, təşkilati və sistemli izahatlara məhəl qoymamaqda) ittiham oluna bilər, digərləri isə “həddən artıq siyasi” kimi (psixoloji imkanların və motivasiyaların sadələşdirilmiş modellərindən istifadə etməklə və vətəndaşların aktiv şəkildə necə başa düşdüyünə məhəl qoymamaqla) ittiham oluna bilər.
Siyasi psixologiyanın üç əsas xüsusiyyəti bunlardır: Birincisi, o, həmişə sosial aktual hadisələrə həssasdır. İkincisi, yarandığı gündən psixoloji nəzəriyyəni siyasi hadisələrlə əlaqələndirməyə çalışır. Sonuncusu, ənənəvi fikir sahəsi kimi universal nəzəriyyə və metodları ehtiva etməsidir.
Siyasətin şərhinə psixoanalitik yanaşma siyasi ünsiyyətdə dərin, fərdi və kütləvi hisslərin öyrənilməsinə əsaslanır. Gender, kütləvi, cinsi stereotiplər, fərdin və cəmiyyətin cinsi identikliyi kimi faktorlar siyasi fəaliyyətin dərin stimullaşdırıcıları kimi çıxış edir.
Dünya və şərtlər dəyişir, Dünən bir ölkəni əldə etmək üçün müharibədən başqa yol bilinməzkən. bu gün güclü dövlətlər müharibə etmədən bir çox ölkəni “sosioloji və psixoloji hiylələrlə” öz təsiri altına sala bilirlər. Silah işlətmədən, milyardlarla pul vəsaiti xərcləmədən, qan tökmədən edilən bu işə “siyasi psixologiya” idarəetməsi deyilir.
Bir çox haqsızlıqlarla üzləşmiş, lakin tarixi ədaləti yenicə bərpa etmiş Azərbaycan xalqının düşmənləri hələ də var olmaqdadır. Düşmən olan yerdə siyasət var və siyasət olan yerdə isə, şübhəsiz ki, siyasi psixologiya var. Ölkəmizdə inkişaf, uğur və siyasi hədəflərin əldə olunması məqsədilə bu elmin tədrisi olduqca mühümdür.
Mənbələr:
Ayça Ferda ve Nevzat Tarhan “Politik Psikolji ve Politik Öz-Yeterlik”
Christian Staerkle “Politicial Psychology”
Doç. Dr. Ece İNAN ‘POLİTİK PSİKOLOJİ VE SİYASAL İLETİŞİM’
Rüveyda Çelenk Yılmaz “Politik Psikoloji”
Wikipedia
William J. McGuire The Poly-Psy Relationship: There Phases of a Long Affair
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi – Fidan Hümbətli Fuad qızıÜlkər Piriyeva