AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rüşvət aldığı yerdə videoları çəkilən məmurlara hökm oxundu

  • + A
  • - A
  • 6-12-2021, 14:24


    Rüşvət alarkən videoları çəkilən məmurlara hökm oxunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan zaman həbs edilən Anar Poladov, Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Anar Poladov və Səbuhi Rzayev 8 il 6 ay, Afiq Babayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayev məhkəmə zalında qandallanıb.

    Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev iş başında rüşvət alan zaman saxlanılıblar. Həmin görüntülərdə A.Poladov və S.Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunub. Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə yaydığı məlumata əsasən, hər iki şəxs 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

    Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR