AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dubayda keçirilən “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı” nda təmsil olunur

  • + A
  • - A
  • 8-12-2021, 22:10


    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov cari ilin 7-9 dekabr tarixlərində Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021”də iştirak edirlər.

    Azadmedia.az xəbər verir ki, Konfrans çərçivəsində “İndi və sonra: yaradıcı iqtisadiyyatın təkamülü”, “Qlobal yararadıcı şəhərlərin qurulması”, “Mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) qlobal gündəliyi: 11 başlıca addım”, “Şəhər planlaşdırması və MYS sektorlarının yerləşdirilməsi”, “Yaradıcı dözümlülük”, “Yeni inklüziv yaradıcı dünya üçün dərslər”, yaradıcı təhsil, texnologiya transformasıyası, süni intellekt və digər mövzularda sessiyalar keçirilir.

    2021-ci ilin BMT tərəfindən “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” elan olunduğunu nəzərə alaraq, “Kreativ Azərbaycan” platforması və yaradıcı iqtisadiyyatın inkişafı ilə əlaqədar fikir mübadiləsinin aparılması gözlənilir.

    Qeyd edək ki, forum çərçivəsində dekabrın 9-da yüksək səviyyəli Nazirlər Paneli keçiriləcəkdir. Sözügedən paneldə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun iştirakı nəzərdə tutulub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR