AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclasında yaradıcı iqtisadiyyatın əhəmiyyətindən bəhs olunub

  • + A
  • - A
  • 21-05-2021, 20:12


    Azadmedia.az xəbər verir ki, Mayın 20-də Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçirilib.

    Videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.

    İclas Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun və Böyük Britaniyanın ixracat naziri Qrem Stüartın açılış nitqləri ilə başlayıb. Müzakirə edilən məsələlər enerji sektoru, kiçik və orta biznes, təhsil, informasiya və kommunikasiya texnologiyaları, habelə digər iqtisadi və sosial sahələri əhatə edib.

    “Yaradıcı iqtisadiyyat” mövzusunda çıxış edən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin son illər daha da gücləndiyini bildirərək, bunun hər iki ölkənin rəhbərliyi arasındakı etibarlı münasibətlər və güclü iqtisadi əlaqələr sayəsində mümkün olduğunu vurğulayıb. Nazir müavini Azərbaycanın ən qədim və ən qiymətli xalçalarından olan "Şeyx Səfi" xalçasının hazırda Londonda Viktoriya və Albert Muzeyində saxlanıldığını və sərgiləndiyini də iclas iştirakçılarının diqqətinə çatdırıb. Sevda Məmmədəliyeva, həmçinin Britaniya Şurasının (British Council) həyata keçirdiyi müxtəlif proqramlar və layihələr vasitəsilə iki ölkə arasında möhkəm mədəni əlaqələrin qurulmasında böyük rol oynadığını qeyd edib.

    İclasda iştirak edən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov Britaniya Şurası tərəfindən ölkəmizdə reallaşdırılan layihələr və Azərbaycanda yaradıcı iqtisadiyyat sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. R.Abbəkirov yaradıcı iqtisadiyyatın dünyada sürətlə böyüyən sahələrdən biri olduğunu qeyd edərək, yerli ÜDM-ə gəlirliliyi və müsbət təsiri maksimum dərəcədə artırmaq məqsədilə dövlət və özəl qurumlar arasında koordinasiya fəaliyyətlərinin gücləndirilməsinə ehtiyac duyulduğunu bildirib. Sektor müdiri, həmçinin, 2017-2018-ci illər ərzində Britaniya Şurasının dəstəyi ilə Azərbaycanda yaradıcı iqtisadiyyat sahəsində hazırlanan bir sıra araşdırma sənədləri haqqında məlumat verib.

    İclas iki ölkə arasında “Təmiz enerji keçidinə dair Anlaşma Memorandumu”nun və Hökumətlərarası Komissiyanın 4-cü iclasının Protokolunun imzalanması ilə yekunlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR