AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Venesiyada Avropa Şurası Ədliyyə Nazirlərinin Konfransı keçirilir

  • + A
  • - A
  • 13-12-2021, 19:35


    İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində dekabrın 13-də Venesiya şəhərində Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin konfransı işə başlayıb.
    Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil edir.
    İki gün davam edəcək konfrans “Cinayət və cinayət ədalət mühakiməsi - Avropada bərpaedici ədalət mühakiməsinin rolu” mövzusuna həsr olunub. Avropadan 40 nümayəndə heyətinin iştirak etdiyi sammit çərçivəsində “Bərpaedici ədalət mühakiməsi və gənclər”, “Bərpaedici ədalət mühakiməsi - cinayət mühakiməsinin tamamlayıcısı kimi” və “xüsusi təlim” mövzularında sessiyalar keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR