AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Dünya çempionu Rəşid Rəşidlini qəbul edib - ÖZƏL

  • + A
  • - A
  • 15-12-2021, 08:00



    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Dünya çempionu Rəşid Rəşidlini qəbul edib.

    Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 4 qat Dünya çempionu Rəşid Rəşidlini qəbul edib. Görüş zamanı İdmançı ilə səmimi söhbət edən icra başçısı respublikamızın gündən-günə inkişaf etdiyini bildirərək, deyib ki, bu gün möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizin bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.

    Şahin Məmmədov gənc idmançıya bundan sonra da hər zaman qalib adını qazanaraq, Azərbaycan Dövlət Himnin sədaları altında üçrəngli Bayrağımızın daha da uca zirvədələrdə dalğalanmasını arzu edib. Sonra İcra hakimiyyətinin başçısı gənc idmançının təəssüratlarını dinləyib. Rəşid idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

    Qeyd edək ki, Rəşidli Rəşid Rəssam oğlu 1993-cü ildə Masallı rayon Boradigah qəsəbəsində anadan olmuşdur. 1999-cu ildən “Karate-Do” idman növü ilə məşğul olmağa başlamış və ilk uğuru Bakı şəhəri Xətəyi rayonunda 59 saylı tam orta məktəbdə oxuyarkan qazanmışdır.

    2005-ci ilə kimi Respublikadaxili yarışlarda iştrak etmişdir. 2008-ci ildən “Kinq-boks”inq idman növü ilə məşğul olmağa başlamış və Respublika çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə etmişdir. 2011-ci ildə Gürcüstan Respublikasında “Kinq-boks”inq üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur. 2012-ci ildə Türkiyədə keçirilən Dünya çempionatının qalibi olmuşdur. 2013-2014-cü illərdə Azərbaycan Resbublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

    Hərbi xidmətdə olduğu vaxtlarda da idmanla məşğul olmuş bir çox yarışlarda iştrak edərək nailiyyətlər əldə etmişdir. 2014-cü ildə həqiqi hərbi xidməti baş vurmuşdur. 2014-cü ildə ildə Gürcüstan Respublikasında keçirilən “K-1” versiyası üzrə Beynəlxal turnirin qalibi olmuşdur. 2014-cü ildə Ukraynada keçirilən “Muay-tay” versiyası üzrə keçirilən beynəlxalq turinir qalibi olmuşdur.Bu yarışlardan sonra ayağından aldığı zədə səbəbindən iki il idmanla məşğul ola bilməmişdir. 2017-ci ildən yenidən idman qayıdan Rəşid elə həmin il Ölkəmizdə keçirilən Dünya çempionatında çempion adını qazanmağı bacardı.2018-ci ildə bu qalibiyyəti qoruyub saxlaya bildi.

    Yenidan Ölkəmizdə keçirilən Dünya çempionatının qalibi olaraq kəmərin sahibi oldu. 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Budo” döyüşü üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur.2021-ci ildə Azərbaycanda keçirilən peşəkarliqa yarışının qalibi olmuşdur. Elə həmin il Türkiyənin Antaliya şəhərində Tay-Kinq Valotudo döyüş növü üzrə keçirilən Dünya çempionatında Dünya çempionu adını qazanıb.
    Ailəlidir iki övladı var.

    Dünya çempionumuzu Azadmedia.az kollektivi adına təbrik edirik!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR