AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda “COVİD-pasporta yox!” adlı AKSİYA - VİDEO

  • + A
  • - A
  • 19-12-2021, 22:16


    Gürcüstanın paytaxtı Tiflisdə "COVİD-19 pasportu" (yaşıl pasport – red.) əleyhinə nümayiş keçirilib.

    Azadmedia.az xəbər verir ki, “COVİD-pasporta yox!”, “COVİD-terrora yox!” şüarları ilə keçirilən nümayişə bu dəfə hava şəraiti səbəbindən daha az insan qatılıb.

    İştirakçılar Birinci Respublika meydanından Rustaveli prospekti boyunca hərəkət edərək Prezident Administrasiyası binasının qarşısına kimi gəliblər.

    Qeyd edək ki, pandemiyadan dolayı 1 dekabrdan bəri qonşu ölkədə “yaşıl pasport” sistemi tətbiq edilir. Bu səbəbdən Gürcüstanın müxtəlif iri şəhərlərində yeni qaydanın əleyhinə aksiya-nümayişlər təşkil edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR