Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktoru Mustafa Altuğ Atalayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüşdə ətraf mühitin mühafizəsi, balıqçılıq və akvakulturanın inkişafı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Gömrük Komitəsində görüşlər keçirəcək, dövlət və özəl balıqçılıq təsərrüfatları ilə tanış olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.