AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seymur Verdizadə: “Şuşa Qarabağın açarı, qələbəmizin simvoludur” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 28-12-2021, 18:27



    Yenisabah.az saytının baş redaktoru
    Seymur Verdizadə

    27 dekabr 2021-ci il tarixdə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) təşkilatçılığı ilə Azərbaycan media nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. Şuşaya reallaşan səfərdə müxtəlif televiziya, xəbər saytlarının nümayəndələri iştirak edib.

    Azadmedia.az-a Şuşa ilə bağlı təəssüratlarını bölüşən Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki, “Şuşaya gələndən, Şuşanı qarış-qarış gəzəndən, Cıdır düzü ilə tanış olandan, o sıldırım qayaları görəndən sonra qələbəmizin əhəmiyyətini, mahiyyətini daha dərindən dərk elədim. Tarixən belə olub, Şuşa kimdə olubsa, Qarabağ onda olub, bugün Şuşa bizdədir, Qarabağ da bizdədir. Şuşa Qarabağın açarıdır. Şuşa qələbəmizin simvoludur. Şuşa uğurumuzun açarıdır. İnşaallah, biz bu məcazi açarla Qarabağdakı bütün bağlı qapılarımızı açacayıq və bu tezliklə olacaq.”


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR