NATO ölkələri bu ay fövqəladə iclas keçirəcək

NATO xarici işlər nazirləri yanvarın 7-də videokonfrans vasitəsilə fövqəladə iclasda görüşəcəklər.
Azadmedia.az xəbər verir ki, bunu NATO rəsmisi Oana Lunqesku deyib.
O bildirib ki, NATO xarici işlər nazirlərinin cümə günü keçiriləcək iclasında Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələrini artırması və Avropanın təhlükəsizlik məsələləri müzakirə ediləcək.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR