NATO bu gün fövqəladə iclas keçirəcək.
Qurumdan verilən açıqlamaya əsasən, baş katib Yens Stoltenberq NATO-nun Türkiyənin 4-cü maddə çərçivəsində tələbi ilə toplaşacağı barədə məlumat verib.
İclasda 29 ölkənin daimi nümayəndələri iştirak edəcək.
Vaşinqton anlaşmasının 4-cü maddəsi bir ölkənin ərazi bütövlüyünün siyasi təhlükə altında olması vəziyyətində həmin aktora quruma üzv ölkələri məsləhət iclasına çağırmaq hüququ verir. (publika.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.