AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu İcra başçısı Əhməd Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib

  • + A
  • - A
  • 9-01-2022, 21:02


    Əhməd Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 08 yanvar 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd İlyas oğlu Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

    İlk öncə şəhər Nizami Gəncəvi adına Mədəniyyət evində keçirilən tədbirə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev və Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

    Rayon icra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Əhməd İlyas oğlu Əhmədov təltif olunması münasibəti ilə təbrik edib və medalı Əhməd Əhmədova təqdim edib.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Əhməd Əhmədov 12 sentyabr 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.
    1979-cu ildə kənddəki Bədirli orta məktəbini bitirib.
    1980-1982-cü illərdə Sovet Ordu sıralarında xidmət edib.
    1983-1988-ci illərdə N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.
    İşləyə-işləyə təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 2 nömrəli Bakı Şərab Zavodundan başlayıb.
    1983-1984-cü illərdə Masallı Quraşdırma İdarəsində çalışıb.
    1984-1992-ci illərdə Masallı Tara Müəssisəsində işlərkən kiçik mühasiblikdən baş iqtisadçı vəzifəsinə qədər yüksəlib.
    2002-2021-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb.
    Hazırda Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
    2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Azadmedia.az kollektivi, bu anlamlı medala görə hörmətli Əhməd Əhmədovu təbrik edir, uğurlar arzu edirik!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR