Misir IV Dünya Gənclər Forumunun rəsmi açılışı olub.
Azadmedia.az-a Misirdən verilən məlumata görə, 10-13 yanvar tarixlərində Misirin Şarm El-Şeyx şəhərində həyata keçirilən dördüncü Dünya Gənclər Forumu rəsmi açılış mərasimi həyata keçirilib.
Belə ki, ilk dəfə 2017-ci ildə baş tutan Forum, dünyanın müxtəlif ölkələrindən gələn minlərlə gənci bir çətir altında birləşdirərək, dünyaya sülh, əmin-amanlıq və bərabərlik mesajı verir.
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə təşkil olunan tədbir, “Sənətlər və mədəniyyət inkişafın bir hissəsidir və insan hüquqlarından biridir” mövzusuna həsr olunub.
Forumda Azərbaycanı; Nicat Osmanlı, Solmaz İsmayılova, Fidan İbadova, Nərgiz Məmmədova, Rüfət Bəhbudzadə, Fərid Yusifzadə, Cəvahir Ələkbərli, Turqut Quluzadə, Aynur Allahverdiyeva, Aysu Süleymanlı, Tamerlan İmanov, Ülviyyə Yusifova olmaqla toplamda 34 gənc təmsil edib.
Forumun işinə Azadmedia.az kollektivi olaraq uğurlar edirik!
Ülkər Piriyeva