Rusiya ilə Misir arasında hava əlaqəsi 5,5 ildən sonra bərpa olunur.
Azadmedia.az xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı uçuşların bərpası ilə bağlı razılığa gəlib.
Misirin Şarm əş-Şeyx və Hurqada hava limanlarından uçuşların təşkil edilməsinə qərar verilib. Liderlər bu addımın iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdıracağına əmin olduqlarını dilə gətiriblər.
Qeyd edək ki, 31 oktyabr 2015-ci ildə Sina yarımadasında Sankt-Peterburq-Şarm əş-Şeyx ekspedisiyasında 224 sərnişini daşıyan Rusiya təyyarəsinin qəzaya uğraması münasibətləri gərginləşdirib və iki ölkə arasındakı uçuşlar dayandırılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti hadisəni terror hücumu kimi tanıyıb. O zamanlar Kreml uçuşlara qadağanın hava trafikinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunana qədər tətbiq olunacağını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.