AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədr müavini şəhid bulağının açılış mərasimində iştirak edib

  • + A
  • - A
  • 15-01-2022, 15:41

    Milli Məclisin sədr müavini şəhid bulağının açılış mərasimində iştirak edib

    Yanvarın 15-də Xırdalan şəhərində şəhid polkovnik-leytenant Telman Miriyevin əziz xatirəsinə həsr edilmiş bulağın açılış mərasimi keçirilib.
    Mərasimdə Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
    Tədbirdə çıxış edən vitse-spiker Adil Əliyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqları hesabına Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən danışıb. Bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin edərək tarixi torpaqlarımızı işğaldan azad edib. Bu torpaqlara yeni nəfəs gəldiyini bildirən Adil Əliyev qəhrəmanlarımızın canı-qanı bahasına düşməndən azad edilmiş ərazilərimizin tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini diqqətə çatdırıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, həmişə ehtiramla anılacaqdır.
    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov qazanılmış tarixi Zəfərimizdən bəhs edərək, şəhid ailələrinin, qazilərin dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.
    Mərasimdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR