AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Adil Əliyev Binə qəsəbəsində şəhid qardaşların anım mərasimində iştirak edib

  • + A
  • - A
  • 3-11-2021, 15:00


    Bakının Xəzər rayonunun Binə qəsəbəsində Vətən müharibəsində şəhid olan qardaşlar Bəhram və İman Məmmədzadələrin anım tədbiri keçirilib.
    Tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, millət vəkilləri Rauf Əliyev, İqbal Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri və qazilər iştirak etmişlər. Mərasimdə şəhidlərimizin ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

    Tədbirdə çıxış edən vitse-spiker Adil Əliyev şəhid qardaşların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün ən şirin nemət olan canlarından keçdiklərini bildirib. Diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşən şəhidlərimizin döyüş meydanında göstərdikləri misli görünməmiş qəhrəmanlıqlar gənclərimiz üçün ən ibrətamiz nümunədir.
    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə, şəhid Məmmədzadə Bəhram Elman oğlu və Məmmədzadə İman Elman oğlu ölümlərindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalları ilə təltif ediliblər.
    Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR